IQNA

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

23:05 - April 05, 2011
Xəbər sayı: 2101189
Beynəlxalq şöbə: Bu il aprelin 7-dən 9-dək Azərbaycan paytaxtı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
İQNA Quran agentliyinin “ISESCO” saytına istinadən məlumatına əsasən,forumda 20 dövlətin (Avstriya, Çexiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Tailand, Gürcüstan, Bruney, Əfqanıstan, Kuba, Efiopiya, Qırğızıstan, Makedoniya, Qətər, Toqo, Ukrayna, Latviya) mədəniyyət nazirləri, bir neçə ölkənin (Peru, Litva, Küveyt) nazir müavinləri, aparıcı beynəlxalq təşkilatların, o cümlədən YUNESKO-nun baş katibi, İSESKO-nun baş direktoru, Avropa Şurasının baş katibi, eyni zamanda, Avropa Şurası Parlament Assambleyası prezidenti, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, ümumiyyətlə 400 nəfərdən çox nüfuzlu nümayəndə iştirak edir.
İrandan Forumda İslam Respublikası prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekr iştirak edir.768783
captcha