IQNA

22:36 - April 06, 2011
Xəbər sayı: 2101836
Beynəlxalq şöbə: Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun ABŞ-ın Florida ştatında keşişin Qurana hörmətsizlik etməsini pisləyib.
İQNA Quran agentliyinin Kuveytin “Kona” saytına istinadən məlumatına əsasən, BMT –nin baş katibi Pan Gİ Mun deyib ki, dini müqəddəslərə hörmətsizliyi heç bir din qəbul etmir.
Ötən gün Pan Gi Mun Amerikalı keşiş Teri Conzun Qurana hörmətsizliyini araşdırmaq məqsədi ilə İslam Konfransı Təşkilatına üzv ölkələrin (Misir, Mərakeş, Pakistan, İran, Tacikistan və Fələstinin daimi nümayəndəsi) BMT-dəki səfirləri ilə görüşüb.
Görüşün sonunda Pan Gi Mun Quranın Amerikalı keşiş tərəfindən yandırılmasını pisləyib. Qeyd edək ki, Amerikada Qurana hörmətsizliyi dünyanın bir çox ölkələrində müsəlmanların etirazına səbəb olub. Əfqanıstandakı etirazlarda gərginliklər yaşanıb və 12 nəfər həlak olub.769720
Ad:
E-poçt:
* Comment:
* captcha: