IQNA

Malayzada İslam telekanalı fəaliyyət göstərəcək

18:29 - April 10, 2011
Xəbər sayı: 2103518
Mədəniyyət və incəsənət şöbəsi: Malayzada ilk İslam telekanalı cari ilin oktyabr ayında fəaliyyətə başlaycaq. Telekanal üç dildə İngilis, Ərəb və Malay dilində verlişlər yayımlaycaq.
İQNA Quran agentliyiinin Cənub-Şərq Asiya bürosunun məlumatına əsasən, yeni açılacaq “WBC “ adlanacaq telekanalın icraçı direktoru Osman İsmail bildirib ki, telekanal rəhbərliyi çalışı bu televiziya kanalı beynəlxalq standardlara uyğun və Əlcəzirə, CNN və BBC kimi tanınmış telekanallar səviyyəsində iş görməyə hazırlasın.
İsmail əlavə edib ki, WBC kanalı özəl telekanaldır, lakin hökumətdən dəstək əldə edəcək.
“Televiziya kanalı həqiqi islami dəyərlərin qorunub saxlanılması və İslam dinin maarifləndirilməsi istiqamətdə fəaliyyət göstərəcək”, -deyə İsmail deyib.771790
captcha