IQNA

Tacikistanda Sədi Şirazsinin xatirəsinə həsr olunmuş mərasim keçiriləcək

0:21 - April 18, 2011
Xəbər sayı: 2107338
Mədəniyyət və incəsənət şöbəsi: Rusiya və Tacikistanın Slavyan Universitetlərinin təşəbbüsü və İranın Tacikistandakı Mədəniyyət Müşavirinin köməyi ilə aprelin 21-də Slavyan Universitetinin fars dili və ədəbiyyatı fakültəsində İranın dahi şairi Sədi Şirazinin xatirəsinə həsr olunmuş mərasim keçiriləcək.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, mərasimdə müxtəlif proqramlar o cümlədən tələbələrin Sədi Şirazidən şerlər oxuması və o dahi şair haqqında şer və məqalələrin oxunması nəzərdə tutulur.
Mərasimin davamında Rusiya və Tacikistan Slavyan universitetlərinin müəllimləri və İranın Tacikistandakı mədəniyyət müşaviri və digər iştirakçılar çıxış edəcək. Mərasimin sonunda universitetin Fars dili və ədəbiyyatı fakültəsinin qabaqcıl tələbələrinə mükafatlar veriləcək. 775595
captcha