İQNA Quran agentliyinin “Times Free Press” saytına istinadən məlumatına əsasən, İslami Mərkəzin tikilməsi üçün 3 il bundan öncədən yardımlar toplanmağa başlayıb. Mərkəzin tikinti layihəsi ötən ilin yay ayında hazırlanıb . Mərkəzdə namazxana, məktəb və müsəlmanların digər fəalliyyətləri üçün bir mərkəz tikiləcək.
İslami Mərkəzin tikinti işləri il yarıma tamamlanacaq və 2 milyon dollar vəsait sərf olunacaq. Mərkəzdə eyni vaxtda 1200 nəfər namaz qıla biləcək.
Çatanoqa şəhər idarəetmə heyətinin üzvi Bəsam İsa deyib ki, biz müsəlman gənclər və uşaqlar üçün əyləncə mərkəzi və ibadət yeri tikmək məqsədi ilə İslami Mərkəzi tikintisini başlamışıq. “İndiyədək bu şəhərinin müsəlmanları 2000 metrlik bir binada ibadətlərini edirdi ki, müsəlmanların sayı çox olduğu üçün onların tələblərinə uyğun deyildi. 784349