İQNA Quran agentliyi “Əl-yəvmul-Sabe” qəzetinə istinadən məlumatına əsasən, internet istifadəçiləri “Namaz vaxtları” sözünü («اوقات الصلاة») və istədikləri şəhərin adını google axtarış sistemində yazmaqla həmin şəhərin dəqiq namaz vaxtını əldə edə bilərlər.
Ekspertlərin qənaətinə görə, Google şirkəti bu addımı ərəb dili və İslam dininə dəstəkləməsini nümayiş etdirmək məqsədi ilə atıb.
Bu layihənin üstünlüklərindən biri bundadır ki, internet istifadəçiləri müxtəlif dillərdə istədikləri şəhərin namaz vaxtlarını öyrənə bilərlər.
Qeyd edək ki, Google-nin bu layihəsini yoxlayarkən “Ər-Riyad” şəhərinin namaz vaxtı dəqiq göstərilmədi, lakin Məkkə şəhərinin namaz vaxtı dəqiqliyi ilə göstərildi. Bu da onu göstərir ki, layihə hissə - hissə icra olunur və şəhərlərin adları növbə ilə yaddaşa ötürülür. 784332