IQNA

Moldavada İslam dini rəsmi din kimi tanındı

21:56 - May 05, 2011
Xəbər sayı: 2117884
Siyasi və ictimai şöbə: Moldava Respublikası İslam dinini özünün rəsmi dini kimi rəsmiyyətə tanıdı.
İQNA Quran agentliyinin “İslam scg” saytına istinadən məlumatına əsasən,Moldava Respublikasının İslami Birliyinin sədri və müftisi Sergey Sokire bildirib ki, indiyə kimi Moldava müsəlmanları öz dini ayinlərini yerinə yetirmək üçün ölkə qanunu pozurdu və təhlükəsizlik qüvvələri harda namaz qılan müsəlman görürdülərsə onun sənədlərini və üzərini araşdırırdılar.
O əlavə edib ki, Moldava müsəlmanları hələ 1993-cü ildən İslam dinini ölkənin rəsmi dini kimi tanıtdırmağa çalışırdılar lakin həmişə bu məsələni dövlət rəsmiləri qəbul etmirdi. Dövlət rəsmiləri müxtəlif bəhanələr o cümlədən müsəlmanların təşkilatlanmış strukturunun olmamasını bəhanə gətirirdi.
Qeyd edək ki, Moldavada müxtəlif dinlər budizm dini belə fəaliyyət göstərmək üçün rəsmi icazə verilir. Belə olduğu bir vaxtda Moldava Xristian Kilsəsi ölkədə İslam dinin rəsmiyyətə tanınmasını təccüblə qarşılayıb. Bundan başqa Moldava Kommunist partiyası da dövləti İslam dinini rəsmiyyətə tanıdığı üçün tənqid edib. 786884
captcha