IQNA

Tunisdə İslami iqtisadiyat üzrə beynəlxalq konfrans keçirilir

16:01 - May 08, 2011
Xəbər sayı: 2118744
Beynəlxalq şöbə: Tunisdə mayın 7-də İslami iqtisadiyyat üzrə beynəlxalq konfrans öz işinə başlayıb.

İQNA Quran agentliyinin “tunisiesoir” saytına istinadən məlumatına əsasən, beynəlxalq konfrans Zeytuniyyə İslami Bankı və Tunis İslami İqtisad Birliyinin təşəbbüsü ilə təşkil olunub. Iki günlük konfransda dünyanın müxtəlif ölkələrindən ekspertlər və iqtisadçılar iştirak edir.
Tunis İslami İqtisad müəssisələri və bankları şurasının baş katibi İzzəddin Xuca konfransda çıxışında bildirib ki, İslam ölkələri və digər ölkələrdə islami iqtisadi sistemindən istifadə halları çoxalıb və bu sevindirici haldır.
O əlavə edib ki, hazırda 450 islami maliyyə müəssisəsi dünyada fəaliyyət göstərir və hər il onların sayı 28 faiz artır.
Onun sözlərinə görə, Qərb ölkələrində də bəzi maliyyə müəssisələri İslami iqtisadi üstünləri bilir və öz müamilələrində islami maliyyə sistemindən istifadə edirlər.
Konfransda iştirak edənlər Tunisdə islami iqtisadi sahəsində qanunların az olduğunu və yeni qanunların təsdiqinin zəruriliyini vurğulayıblar. 787957

captcha