IQNA

21:41 - May 15, 2011
Xəbər sayı: 2122653

Gürcüstanda ilk islami təşkilat fəaliyyətə başladı

Beynəlxalq şöbə: Gürcüstanda islami icmalara və məscidlərə nəzarəti həyata keçirmək məqsədi ilə ilk İslami təşkilat fəaliyyətə başlayıb.

İQNA Quran agentliyinin “silam today” saytına istinadən məlumatına əsasən, təşkil olunmuş qurum qeyri-hökumət təşkilatdır və ona Gürcüstan Müsəlmanları müftisi Camal Bogşadze başçılıq edəcək.
Sovet hakimiyyəti dövründən bu yana Gürcüstan müsəlmanlarına dair məsələlər mərkəzi ofisi Azərbaycanda yerləşən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən idarə olunurdu. Gürcüstan Müsəlmanaları İdarəsinin təşkili QMİ-nin razılığı olmadan həyata keçirilib. Azərbaycan mətbuatında yayımlanan məlumata əsasən Qafqaz Müsəlmanları İdarəsi Gürcüstanda müstəqil islami təşkilatın təşkilinə öz etirazını bildirib.
Gürcüstanda yaşayam müsəlmanların əksəriyyətini Azərbaycanlılar təşkil edir. 500 mindən çox Azərbaycanlı müsəlman bu ölkədə yaşayır. Lakin Gürcüstanda Acarıstan, Abxaziya və Çeçenistanlı müsəlmanlar da yaşayırlar.
Hazırda Gürcüstan əhalisinin 9.9 fazini müsəlmanlar təşkil edir.791132
captcha