IQNA

Azərbaycan prezidenti islamofobiya ilə mübarizə aparmağın zərurilyindən danışıb

0:13 - May 19, 2011
Xəbər sayı: 2124823
Beynəlxalq şöbə: Azərbaycan prezidenti İlham Əliyev ötən gün Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçıları ilə görüşüb. Görüşdə Qafqazda sabitlik, təhlükəsizlik və etimadın möhkəmləndirilməsi naminə tədbirlərin vacibliyi vurğulanıb.
İQNA Quran agetnliyinin “arabic.rt “ saytına istinadən məlumatına əsasən, görüşdə İlham Əliyev vicdan azadlığı, dini və milli mənəvi dəyərlərə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və müqəddəs dini ocaqların qorunduğunu deyib
İlham Əliyev deyib ki, İslam, böyük dindir və hamını sülh, qardaşlıq və ədalətə dəvət edir.
O deyib ki, təssüflər olsun ki islama qarşı təbliğat dünyada xüsusi ilə Qərb ölkələrində öz mənfi təsirini göstərib. Qərbdə İslamı terrorla eyiniləşdiriblər ki, bu fikir yanlışdır.
Əliyev sonda bildirib ki, İslam və müsəlmanlara qarşı mənfi təbliğat bilərəkdən aparılır, islamofobiyaya qarşı ciddi mübarizə aparılmalıdır. 794106
captcha