İQNA Quran agentliyinin “islam.ru” saytına istinadən məlumatına əsasən, Nurlat şəhərinin dini işlər üzrə idarəsinin rəsmisi və Təhsil nazirinin müavini Abdullah Həzrət bildirib ki, Quran müsabiqəsinin keçirilməsindən məqsəd region gənclərinin İslam və Qurana marağını artırmaq və onları Qurana hörmət bəsləməyə gəncləri maraqlandırmaqdır.
Müsabiqə iştirakçıları Quranın kiçik surələrinin əzbər oxuması üzrə bir-birləri ilə yarışacaqlar. Müsabiqədə 10, 11, 13, 14, 15 yaşlı yeniyetmələr və 16-20 yaşlı gənc oğlan və qızlar iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin birinci mərhələsin mayın 15-də 150 nəfərin iştirakı ilə təşkil olunub. Onlardan 100 nəfər fərqlənən şəxslər ikinci mərhələyə yol tapıb.
795101