IQNA

Ramzan ayında ABŞ-da Quran müsabiqəsi keçiriləcək

23:28 - May 24, 2011
Xəbər sayı: 2127962
Beynəlxalq şöbə: Ramazan ayının 14-cü günü (avqust 14) Napervile İslami Mərkəzində (İCN) Quran müsabiqəsi keçiriləcək.
İQNA Quran agentliyinin “İslamic Center of Napervile” saytına istinadən məluamt verir ki, ABŞ-ın Illinois ştatının Napervile şəhər İslami Mərkəzinin təşəbbüsü ilə keçiriləcək müsabiqənin keçirilməsindən məqsəd bu şəhərdə yaşayn müsəlmanları Quranın qiraəti və əzbər oxumasına maraqlandırmaqdır.
Müsabiqədə iştirak edən şəxslər Kəhf, Yasin, Ər-rəhman və Mülk surələrinin əzbər oxunması üzrə bir-birləri ilə yarışacaqlar. Müsabiqədə müxtəlif yaş qruplarından şəxslər iştirak edəcək.
Müsabiqədə qalib olmuş şəxslərə mükafatlar təqdim olunacaq.
Napervile şəhər İslami Mərkəzi həmçinin iyun ayının 13-dən avqustun 13-ədək Quran qiraəti və əzbər oxuması üçün kurslar təşkil edəcək.796959
captcha