IQNA

Əl-Əzhər Universitetində Əhli-Beyt (ə) məktəbinin təlimləri öyrədilməlidir

19:58 - June 06, 2011
Xəbər sayı: 2133844
Beynəlxalq şöbə: Misirin Al-ul-Beyt (ə) Ali Məclisi Əl-Əzhər Universitetində və bu universitetinin filialında Əhli-Beyt (ə) məktəbinin fiqhi üzrə dərslərin keçirilməsini tələb edib.
İQNA Quran agentliyinin “Əl-Tofiq” xəbər saytına istinadən məlumatına əsasən, Misirin Al-ul-Beyt (ə) Ali Məclisinin rəhbəri Seyid Məhəmməd Əl-Dərrini Qahirədə keçirilən toplantıda çıxışı zamanı Əhli-Beyt (ə) fiqhi üzrə dərlsərin digər məzhəblərin fiqhləri ilə yanaşı Əl-Əzhər Universitetində keçirilməsinin zəruriliyindən danışıb.
O bildirib ki, Misir gəncləri illərdir ki, şiə məzhəbinin fiqhini öyrənməkdən məhrum olublar. “Əhli-Beyt (ə) məktəbinin fiqhinin Əl-Əzhər Universitetində keçirilməsi müsəlman gənclərin bu fiqhlə tanışlığına şərait yaradacaq”, -deyə Əl-Dərrini deyib.
Misirin Bəhirə regionun şiə alimlərindən olan Talib Əl-Tahir Əl- Haşimi də Əl-Əzhər Universitetində şiə məktəbinin təlimlərinin keçirilməsinin zəruriliyini vurğulayıb.
O həmçinin Vəhhabilərin həcc ziyarəti zamanı hacıları bəzi əməlləri etməyə qoyduğu qadağaların aradan qaldırılması istiqamətində Əl-Əzhər Universitetinin işlər görməsini istəyib. 804007
captcha