İQNA Quran agentliyinin “saphirnews” saytına istinadən məlumatına əsasən, Fransadan Qəzzəyə yardım aparacaq gəmi may ayının əvvəlində Qəzzə xalqının blokadasını sındırmaq üçün hərəkət etməli idi ki, bəzi siyasi problemlərə görə həmin səfər baş tutmadı.
Fransada onlarla siyasi şəxsiyyət, journalist, qeyri-hökumət təşkilatın üzvləri bu gəmi ilə Qəzzəyə gedəcəklər. Həmin karvana yolda Türkiyə və Yunanıstandan da yardım gəmiləri qoşulacaq.
İndiyədək Fransanın insan haqları müdafiəsi təşkilatları ,müsəlmanlar və qeyri – müsəlmanlar tərəfindən Qəzzə xalqına yardım üçün 52 min avrodan artıq pul yardımı toplanıb. Fransanın Milli Hərəkat Partiyasının nümayəndəsi Etienne Pinte Fransa Parlamentindən yeganə nümayəndədir ki, Qəzzəyə yardım karvanının göndərilməsini dəstəkləyib. O həmçinin Fələstinin müstəqil olmasını, Qəzzənin blokadasına son verilməsini tələb edib. 805241