İQNA Quran agentliyinin “Express Tribune” saytına istinadən məlumatına əsasən, sərginin açılış mərasimi iyunun 10-da yerli vaxtla saat 17:00-da Pakistan İslami Camaatının sədri Seyyid Münəvvər Həsənin iştirakı ilə olub.
Sərgi “Quran oxu, dünyanı hidayət elə” şüarı ilə təşkil olunur. Sərgidə 500 nüsxə əlyazma və qədimi Quran, tərcüməsi və təfsiri müxtəlif dillərdə sərgilənir.
Sərgidə sərgilənən Quranların bəzisi 14-cü və 16-cı əsrlərə aid Quranlardır. Sərgi Pakistan İslami Camaatı və Quranları toplayan şəxs Seyid Salaməddin səyi ilə təşkil olunub. Sərgi iyunun 12-dək davam edib. 807023