İQNA Quran agentliyinin məlumatına əsasən, Tehran Xeyriyyə və Vəqflər Təşkilatı plakatın hazırlanması üçün müsabiqə elan etmişdi. Müsabiqədə 80 plakat iştirak etmişdi. Sonda seçilmi plakatın bu gün təqdimat mərasimi keçirilib. Seçilmiş plakatı Tehran Xeyriyyə və Vəqflər Təşkilatının mədəni işlər üzrə sədr müavini Əhməd Şərəfxani jurnalistlərə tqədim edib.
Qeyd edək ki, 28-ci dövr Beynəlxalq Quran müsabiqəsinin açılış mərasimi iyunun 29-da İslam Peyğəmbərinin (s) peyğəmbərliyə çatdığı gün – Məbəs bayramı ərəfəsində Tehranda keçiriləcək.
Quran müsabiqəsində dünyanın müxtəlif ölkələrindən hafizlər və qarilər iştirak edəcəklər. Müsabiqə çərçivəsində həmdə Quran sərgisi təşkil olunacaq. 807268