IQNA

Britaniyada İmam Əli (ə) haqqında seminar keçiriləcək

20:12 - June 14, 2011
Xəbər sayı: 2138356
Beynəlxalq şöbə: Londonda Britaniya İslami Mərkəzində iyunun 19-da “İmam Əli (ə) şəxsiyyətinin araşdırılması” mövzusunda seminar keçiriləcək.
İQNA Quran agentliyinin “ic-el” saytına istinadən məlumatına əsasən, seminar Əmirəlmöminin (ə) mövlud günü münasibəti ilə yerli vaxtla saat 20:00-da Britaniya İslami Mərkəzinin kitabxanasında təşkil olunacaq.
Seminarda “Mənəviyyat; mövludu və həyatı”, “elm və təqvası” və “Liderliyi; lider olan şəxsin xüsusiyyətləri” kimi mövzular müzakirə oluancaq.
Seminarda London Universitetinin Afriqa və Şərq Araşdırmaları İnistituunun məzunu Rebka Mestren, Britaniya İslami Mərkəzinin nümayəndəsi höccətül-islam Məhəmməd Rəzəvi və London İslami Kollecinin nümayəndəsi Aminə İnluz çıxış edəcəklər.
Britaniya İslami Mərkəzi həmçinin iyunun 16-da əmirəlmöminin İmam Əli (ə) mövlud günü münasibəti ilə Əhli – Beyt (ə) aşiqlərinin iştirakı ilə geniş və təntənəli şənlik təşkil edəcək. 808382
captcha