IQNA

İmam Hüseyn (ə)-ın hərəmi “Hüseyn astanası” adı altında rəsmiləşdirildi

12:20 - June 19, 2011
Xəbər sayı: 2140456
Beynəlxalq bölmə: İmam Hüseyn (ə)-ın müqəddəs hərəminin hüquqi işlər üzrə rəisi İmam Hüseyn (ə)-ın daşınmaz və daşınan əmlakının rəsmiləşdirilməsinin son mərhələsi olduğunu bildirib.
İran Quran Xəbər Agentliyi (İQNA): “Nun” xəbər bürosunun məlumatından sonra İmam Hüseyn (ə)-ın müqəddəs hərəminin hüquqi işlər üzrə rəisi Məhəmməd Hüseyn Əl-Həkim bu haqda məlumat verdi: İmam Hüseyn (ə)-ın daşınan və daşınmaz əmlakının qeydiyyata alınması nəticəsində tamamilə Müqəddəs Hüseyn astanasının mülkünə çevrildi.
O, davamında əlavə etdi: İmam Hüseynin (ə) pak hərəmi və Hüseyni meydanı olan məkanda İraqın sabit rejimi və digər hökümətlərin dövründə rəsmi şəkildə qeydə alınmamışdır və bu yerin sənədləri “Əl-rouzətul Əl-Hüseyniyye” adı ilə bu ölkədə qalmışdır.
Əl-Həkim aydınlıq gətirdi: bu bir parça yerin qeydə alınması zəminində həyata keçirilmiş işlər nəticəsində sonralar Müqəddəs İmam Hüseyn astanası şiələrin ziyarətgahına çevrildi. Bu astananın hüquqiişlər üzrə sahəsi bu daşınan və daşınmaz əmlak üzərində çalışdı və sonda İmam Hüseyn(ə) –ın müqəddəs Astanası adı ilə rəsmiləşdirildi.
809512






captcha