IQNA

17:09 - June 20, 2011
Xəbər sayı: 2141428

İraqın Nasiriyyə şəhərində Quran ustadlarının qurultayı

Beynəlxalq şöbə: İslam alimlərinin və Quran ustadlarının “İmam Sadiq (ə) ” adlı 8-ci qurultayı İraqın Zilğar vilayətinin Nasiriyyə şəhərində 28 xordad tarixində keçirildi.

İQNA Quran Xəbər Agentliyi: İraqın Nasiriyyə şəhərində Qurani-Kərim müəssisənin müdiri Rəd Əl-Nasir İranın Quran xəbər agentliyinin nümayəndəsi Məhəmməd Bağıra müsahibəsində bu haqda dedi:
Nasiriyyənin İmam cüməsi Əl-Nasirinin iştirakı ilə keçirildi və İslam elmləri şöbəsinin və İmam Sadiq (ə) adına Quran şöbəsinin sədri Şeyx Əsami Əl-Nasiri söhbət əsnasında yay fəslində bu kursların keçirilməsi ilə tələbələrin asudə vaxtlarının səmərəli olmasının böyük əhəmiyyətindən bəhs etdi.
Rəd Ədnan Əl-Nasiri şərh etdi: İmam Sadiq (ə) adına İslam və Quran kurslarının ibtidai komitəsinin üzvü olan Şeyx Tahir Səd də bu qurultayın digər çıxış edənlərindən idi. Dedi: İmam Sadiq (ə) adına dini və Quran kursları bu il Zilğar vilayətində keçirildiyinə görə tələbələrin sayı artmışdır.
Nasiriyyədə Qurani-Kərim müəssisəsinin rəhbəri İmam Sadiq (ə)adına yay kurslarının müəllimləri və ustadlarının iştirak etdiyi 8-ci qurultayının şagirdlərin mədəni, dini və Quran sahəsində inkişafına kömək edəcəyini bildirdi.
O, sonda dedi: İraqın Nasiriyyə şəhərində yerləşən Qurani-Kərim müəssisəsi xordadın 30-dan qızlara və oğlanlara məxsus Quran siniflərinin açılmasına başlanacaq, bir ay davam edəcək. bu Quran kursları səhər vaxtı oğlanlar, əsr vaxtı isə qızlar üçün keçiriləcək.
811234
captcha