IQNA

18:22 - June 27, 2011
Xəbər sayı: 2145366

Misirin qarisinin məclisi Əl-Əzhər nümayəndələrinin iştirakı olmadan keçirildi

Beynəlxalq şöbə: Misirin görkəmli qarisi Əbül-Eyneyn Şəyəşənin ailəsi tir ayınn 3-ü Əl-əzhər nümayəndələrinin və dövlət rəsmilərinin iştirakı olmadan bu görkəmli şəxsin hüzür mərasimini keçirdi və rəsmilərin bu hərəkətini Misirdə dini dəyərlərin azalması kimi qiymətləndirdilər.

İranın Quran xəbər agentliyi və Misirdə çap olunan “Əlyouməl-Sabiu” qəzetinin məlumatına əsasən, Misirin görkəmli qarisi Əbül-Eyneyn Şəyəşənin hüzür mərasimi tir ayının 3-ü Misirin yaxınlığındaşən Nəsr şəhərinin Xüləfəül-raşidin məscidində Əl-əzhər nümayəndələrinin və dövlət rəsmilərinin iştirakı olmadan keçirildi.
Bu mərasim təkcə ailə üzvlərinin, bəzi müridlərin və bəzi görkəmli Misir qarilərinin iştirakı ilə keçirildi. Orada Misir nazirlər şurasının və Əl-əzhər rəsmilərinin heç bir nümayəndəsi iştirak etmirdi.
Əbül-eyneyn Şəyəşənin hüzür mərasimi iştirak edən bir çox qarilərin, eləcə də Mahmud Sədiq Əl-Menşavi, Şeyx Məhəmməd Təbəllayi, Həsən Əl-Morəeb və Livanın qarilərinin Qurani-Kərim ayələrini oxuması ilə başlandı və bu məclisdə həm də Səudiyyə Ərəbistanında Qahirədə fəaliyyət göstərən Əlfəcr telekanalının nümayəndələri də iştirak edirdilər. 814455
captcha