IQNA

Hindistanda İmam Museyi Kazim (ə)-ın şəhadət günü münasibətilə əza mərasimi keçiriləcək

21:04 - June 29, 2011
Xəbər sayı: 2146751
Siyasi və ictimai fəaliyyətlər şöbəsi: Otarperadeş əyalətinin Ləkhənu şəhərində dini heyətin təşəbbüsü ilə bu şəhərin Hüseyniyyəsində İmam Museyi Kazim (ə)-ın şəhadət günü münasibətilə əza mərasimi tir ayının 7-si şam namazından sonra keçiriləcək.
İran Quran Xəbər Agentliyinin (İQNA) Qərb və cənub-qərbi Asiya şöbəsinin məlumatına əsasən, bu mərasim Hindistanın məşhur alimlərinin bəyanatı ilə “Kazimeyn” hüseyniyyəsində başlanacaq..
Talkaturada Hüseyniyyəsində mərasimi Mirzə Aşfaq öz çıxışı ilə açıq elan edəcək və öz söhbətində İmam Museyi-Kazim (ə)-ın ibadət və əxlaqından danışacaq.
Bu mərasim Ləkhənunun məşhur qarisinin Quran tilavəti ilə başlanacaq və sonda əzadarlıq ediləcək. 816450
captcha