İran Quran Xəbər Agentliyi (İQNA): “Əlkövsər” xəbər bürosunun məlumatına əsasən, Bəhreyn şiələrinin dini lideri Şeyx Ayətullah İsa Qasim tir ayının 17-si İmam Sadiq (ə) məscidində cümə namazının xütbəsində bu barədə dedi: Adı çəkilən siyasətin icrası addım-addım qəbul olunmur.
O dedi: İslahatları mərhələyə bölmək siyasəti hər cür islahatın həyata keçirilməsini təxirə sala bilər. İndi isə Bəhreynin daha güclü islahatların həyata keçirilməsinə ehtiyacı var.
İmam Sadiq (ə) məscidinin cümə namazında xütbə oxuyan Ayətullah Qasim çıxışının davamında dedi: Xalqın konstitusiyasına əsasən, Bəhreynin hakim təbəqələri siyasi zəmində bu islahatların həyata keçirilməsini tənzimləməlidirlər.
Bəhreyn şiələrinin dini lideri Şeyx Ayətullah İsa Qasim xütbənin sonunda Ali Xəlifə rejimindən xalqın hüquqlarının rəsmi şəkildə tanınmasını tələb etdi və dedi: Heç kəs ədalət və insafın əleyhinə çıxa bilməz, həm də islahatları heç kəs də təxirə sala bilməz.
822247