İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, İİR-nın mədəniyyət mərkəzi tərəfindən Heratda açılan bu sərgidə İRan, Əfqanıstan yazıçıları öz əsərlərini nümayiş etdirdilər.
Bu sərgidə hekayə, tarixi, islam tarixi, Peyğəmbərlərin həyatı və məsumların tarixi mövzusunda olan kitablar, dərs vəsaitləri və s. nümayişə qoyulmuşdur.
Qeyd edilməlidir ki, müxtəlif məktəblərin-“Tohid”, “Resalət” adlı məktəblərin şagirdləri “Aryana”, “Ayəndesazan”, “Homa-ye səadət” məktəblərinin şagirdləri ilə birlikdə bu sərgidə iştirak edirdilər.
823671