IQNA

Terroristlərin İraqda məskunlaşmasına icazə vermirik

17:04 - July 12, 2011
Xəbər sayı: 2153464
Siyasi şöbə: Hərbi qüvvələrin ali vəzifəli şəxslərindən biri Kürdüstan rəhbərlərindən birinin İraqa xəyanətini qeyd edərək dedi: Terroristlərə Amerikanın sionist rejiminin himayəsi ilə İraqda məskunlaşmalarına və İran xalqına zülm etməyə icazə verilməyəcək.
İran Quran Xəbər Agentliyi (İQNA): Hərbi qüvvələrin ali vəzifəli şəxslərindən biri dedi: Vəzifə sahibləri, xüsusilə də Kürdüstan rəhbərlərindən biri İraq və İran millətlərinə xəyanət edərək, Iraq mərkəzi dövlətinin xəbəri olmadan İraq ərazisinin bir hissəsini Pejak terrorist qruplaşmasının ixtiyarına vermişdir, bu cinayətkar qrupun əli hətta xalqdan bac tələb etməyə də çatır. Bu qruplaşma Kürdüstan rəsmilərinin köməyi ilə İRan milləti əleyhinə terror əməliyyatları hazırlayır.
O, bütün bu sözlərindən sonar bildirdi: Terroristlərə Amerikanın sionist rejiminin himayəsi ilə İraqda məskunlaşmalarına və İran xalqına zülm etməyə icazə verilməyəcək. Bu terroristlərə qarşı tədbirlər həyata keçiriləcək. Terrorist mərkəzlərini bu cinayətkarlardan təmizləmək və onların ümidlərini məhv etmək bizim borcumuzdur.
823726
captcha