İran Quran Xəbər Agentliyi (İQNA): Ayətullah Təsxiri bu barədə dedi: Doktor Əl-Sayeh mütəfəkkir və böyük bir şəxsiyyət idi, islamın vəhdəti üçün çalışırdı.
O, mərhum ustadın vəhdət haqqında yazdığı məqalələrini xatırladaraq dedi: Əl-sayeh islam məzhəblərinə dünyanın gözü ilə baxırdı. O, eyni zamanda Misirdə “Darul-təğribin” üzvü idi.
O, əlavə etdi: Mərhumun islam məzhəbləri ardıcılları arasında bəhslər edirdi və demək olar ki, onun ideologiyasının əsasını islam məzhəblərinin yaxınlaşması və vəhdəti təşkil edirdi
Ayətullah Təsxiri Mərhum alimin İran islam konfranslarındakı vəhdət mövzulu çıxışlarını xatırlatdı və dedi: O, ifrat və təfritin əleyhinə idi.
824747