IQNA

Britaniya muzeyi böyük Həcc sərgisini keçirəcək

16:31 - July 21, 2011
Xəbər sayı: 2157520
Beynəlxalq şöbə: Böyük Britaniya Həcc mövzulu böyük bir sərgi keçirməyə hazırlaşır.
İran Quran Xəbər Agentliyi (İQNA): “Islam Today” xəbər bürosunun məlumatına əsasən, dünyanın müxtəlif yerlərindən Həcc səfəri ilə bağlı əşya və müxtəlif avadanlıqlar gətirilir, hər il Həcc Ziyarətinə gedən milyonlarla insan bu sərgidə iştirak edəcək.
Muzeyin rəhbəri Nil Mekkergun elan etdi: Həcc mənəvi bir səfər olmaqdan əlavə, daha çox böyük mədəni hadisəyə çevrilib, daha çox tanınması üçün şərait yaratmaq lazımdır.
O əlavə etdi: “Həcc: İnsan qəlbinə səfər” adlanan bu sərgi miladi 18-ci əsrdən din və cəmiyyətlər arasında əlaqə yaratmağa çalışan Britaniya müzeyi tərəfindən həyata keçiriləcək.
“Həcc: İnsan qəlbinə səfər” adlanan bu sərgi cari il bəhmən ayının 6-da açılacaq və 1391-ci il fərvərdin ayının 27-nə kimi tamaşaçıların ixtiyarına veriləcək. 828456
captcha