IQNA

Belçikada “Həqqullah” kitabı nəşr olundu

16:18 - July 26, 2011
Xəbər sayı: 2160451
Beynəlxalq şöbə: “Həqqullah” kitabı Belçikanın Liyej şəhərində yerləşən “Tohid” mədəni-islam mərkəzinin təşəbbüsü ilə nəşr olundu.
İran Quran Xəbər Agentliyi (İQNA): “markazattawhid” xəbər bürosunun məlumatına əsasən, “Həqqullah” kitabı “Tohid” mədəni-islam mərkəzinin təşəbbüsü ilə nəşr olunan ilk kitabdır, bu kitab bir qrup müsəlman gənclərin vasitəsilə tarixi və islam mənbələrindən qaynaqlanaraq yazılmışdır.
Bu əsərdə Allah-Təalanın bəndələr üzərində hüquqları, İlahi əmrlərdən boyun qaçırmağın nəticələri geniş şəkildə izah edilmişdir, həmçinin bu kitabın müqəddiməsində izah edilmişdir ki, “Həqqullah” Allahın bəndələri üzərində olan hüquqlarıdır və digər insanlar bu hüquqlara aid deyillər.
Quran ayələrindən, İslam Peyğəmbərinin (s) hədislərindən istifadə etməklə İslamda vacib buyurulan namaz, oruc, həcc və s. ibadətlər haqqında məlumatlar da bu dini kitabın əsas hissələrindən biri hesab olunur.
Bu kitab fransız dildə yazılmışdır və bu kitabla maraqlananlar onu əldə etmək üçün “tohid” islam mərkəzinin vebsaytına məktubla müraciət etsinlər. 831939
captcha