IQNA

Qanada məktəb şagirləri arasında Quran müsabiqəsi keçirilib

3:21 - August 07, 2011
Xəbər sayı: 2166154
Quran fəaliyyətləri üzrə şöbə: Mübarək Ramazan ayın münasibəti ilə Qananın Aşanti əyalətinin Komasi şəhərindəki məktəblər arasında II dövr Quran müsabiqəsi təşkil olunub. Müsabiqə İmam Xumeyini (rə) adında kitabxana və İranın Qanadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, müsabiqənin açılış mərasimində yerli şiə alimlərindən höccətül-islam Əli Adəm Ramazan ayı və bu ayda Quranın oxunması fəziləti haqqında çıxış edib.
O müsəlmanları Ramazan ayında daha çox Quranı əzbərləməyə, qiraət etməyə və Quranın təfsiri ilə tanış olmağa çağırıb.
İmam Xumeyni (rə) adına kitabxananın rəhbəri cənab Yuşao da Quran müsabiqəsinin açılış mərasimində çıxış edib və müsabiqə iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib. Çıxışının davamında o İran İslam Respblikasının əldə etdiyi nailiyyətlərdən danışıb.
Qeyd edək ki, Quran müsabiqəsində 15-18 yaşlı 32 gənc iştirak edib. Müsabiqədə qalib gəlmiş şəxslərə İranın Qanadakı Mədəniyyət Mərkəzi tərəfindən mükafatlar təqdim olunub. 837895
captcha