İqna Quran Xəbər Agentliyi (İQNA): KSIMiltonKeynes xəbər agentliyinin verdiyi məlumata görə, müsabiqə Miltondakı Şiə İslam Mərkəzi dəstəyi ilə uşaqları Ramazan ayında Quranın hifzinə həvəsləndirmək məqsədilə keçiriləcək.
Müsabiqədə iştirak edəcək uşaqlar Quranın 30-cu cüzünün surələrini əzbər deməkdə bir-biriləri ilə yarışacaqlar və Seyyid Muhəmməd Nəqəvinin başçılığı ilə Milton İslam Mərkəzinin alimlərindən formalaşmış münsiflər heyətinin vasitəsilə qiymətləndiriləcəklər.
Xatıraladaq ki, İngiltərədə yaradılan ilk şiə qurumlarından olan mərkəz ramazan ayı münasibətilə Quran və dua qiraətləri, camaat namazları, iftar süfrələri və müxtəlif tədbirlər də təşkil edir. 843443