IQNA

Xaricdəki İran mədəniyyət nümayəndələri 9-cu seminara hazırlaşır

17:25 - August 16, 2011
Xəbər sayı: 2172099
Mədəniyyət və incəsənət şöbəsi: İslami Əlaqələr və Mədəniyyət İdarəsinin beynəlxalq işlər üzrə müavini “İslami oyanış – yeni İslam sivilizasiyası” şüarı altında Tehranda 4-7 sentyabr tarixləri arasında xaricdəki İran mədəniyyət nümayəndələrinin qatılacağı 9-cu seminar barədə məlumat verib.
İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət İdarəsinin beynəlxalq işlər üzrə müavini İmanipur seminar haqqında bunları deyib: “Bu seminarda İslami oyanışın təhlil edilməsi, gələcək planların araşdırılması, bu yöndə atılan son addımların müzakirə edilməsi nəzərdə tutulur.”
O, həmçinin qeyd edib ki, seminarda İ.İ.R-nın beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsi layihəsinə də baxılacaq. Yeni dönəmdə İslami Əlaqələr və Mədəniyyət İdarəsinin məqsədi adi fəaliyyətlər yerinə köklü dəyişikliklərlə yeni fəaliyyət kursu müəyyənləşdirməkdir.
İslami Əlaqələr və Mədəniyyət İdarəsinin beynəlxalq işlər üzrə müavini həmçinin Latın Amerikası və Afrika kimi prioritet məkanlarda yeni nümayəndəliklərin açılması və İran mədəniyyətinin genişləndirilməsi məsələsini də seminarın əsas müzakirə predmetlərindən olduğunu deyib.
Qeyd edək ki, seminar əsnasında İran mədəniyyəti nümayəndələrinin İslami oyanış mövzusunda hazırladıqları mədəni məhsulların sərgisi də təşkil olunacaq. 843854
captcha