İqna Quran Xəbər Agentliyi (İQNA): Vianadakı “İmam Əli (ə)” adına İslam Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qədr gecələri mərasimləri 21-ci və 23-cü gecələr də davam etdiriləcək. Əhli-Beyt aşiqləri mərasimdə iştirak edib müxtəlif proqramlar icra etməklə həm də Həzrət Əlinin (ə) şəhadət günlərini özünəməxsus şəkildə qeyd edirlər.
İmam Əli (ə) adına mərkəz Avstriyanın ən fəal islam mərkəzidir. Burada həmişə dini tədbirlər geniş surətdə qeyd olunur. 846064