İqna Quran Xəbər Agentliyi (İQNA): Map xəbər agentliyinin verdiyi məlumata görə, tədbirdə çıxış edən Mərakeş Alimləri Ali Şurasının rəhbəri Muhəmməd bin Yəsəf deyib: “Bu yığıncağın Mərakeşdə keçirilməsi Avropa Mərakeşli Alimlər Şurası ilə Mərakeş Alimləri Ali Şurasının vəhdətindən və vahid məqsədə xidmət etdiklərindən xəbər verir. Avropa Mərakeşli Alimlər Şurasının əsas vəzifəsi müxtəlif Avropa ölkələrində mərakeşli müsəlmanların mənəvi ruhiyyələrini gücləndirməkdən ibarətdir. Həmçinin bu şura vətəndən uzaqda Mərakeş mədəniyyətini və kimliyini qorumalı ölkəmizin İslami mədəniyyətinə və tarixinə xələl gəlməyə imkan verməməlidir.”
Tədbirdə Avropa Mərakeşli Alimlər Şurasının rəhbəri Tahir Tackani deyib: “Şuramız Avropada yaşayan mərakeşlilərlə əlaqə yaratmaqdan əlavə, bütün avropalı müsəlmanları himayə etməyə çalışır, xeyriyyə işlərində, dini və mədəni tədbirlərdə onların yanında olur.”
Mərasimdə həmçinin 2012-ci ilin planları və 2010-11-ci illərin hesabatı da diqqət mərkəzində olmuşdur. 846597