İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm xəbər agentliyinin verdiyi məlumata görə, Misirdə İsrail səfirliyi qarşısında etiraz aksiyasında iştirak edən bu gənc təkbir sədaları altında səfirliyin damıns çıxaraq İsrail bayrağını endirərək yandırmış və onun yerinə öz ölkəsinin bayrağını taxmışdır.
Həmçinin İsrail səfirliyi qarşısında etiraz aksiyasında iştirak edən misirli din təbliğatçısı Səfvət Hicazi “Millət İsrail səfirinin ölkədən çıxmasını istəyir”, “Misir, Qəzza və Sina birdir” şüarları səsləndirib.
Xatırladaq ki, avqustun 20-də keçirilən aksiyalarda 5 mindən çox insan cümə axşamı Misir-Fələstin sərhədində baş vermiş hadisələrlə bağlı etiraz etmişlər. Onlar İsrail səfiri ölkəni tərk etməyincə aksiyanı davam etdirəcəklərini bildiriblər. 847235