IQNA

Tunisdə “Peyğəmbər (s) hədislərinin qiraəti” mərasimi başa çatıb

18:21 - August 28, 2011
Xəbər sayı: 2178244
Beynəlxalq şöbə: “Peyğəmbər (s) hədislərinin qiraəti” mərasiminin bağlanışı avqustun 26-da Tunisin “Zeytunə” məscidində təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): TAP xəbər agentliyinin verdiyi məlumata görə, mərasim müvəqqəti ölkə başçısı Fuad Məbaza və müvəqqəti baş nazir Qaid Səbsinin iştirakı ilə paytaxtın “Zeytunə” məscidində təşkil olunub.
Tədbirdə həmçinin müvəqqəti hökumət rəsmiləri, Tunisin baş müftisi Osman Bəttix, müxtəlif partiya və təşkilat nümayəndələri, Tunis Ali İslam Şurasının üzvləri və bəzi İslam ölkələrinin səfirləri iştirak ediblər.
Eyni anda ramazan ayı münasibətilə bir neçə şəhərdə təşkil olunan hədis mərasimlərində Allah ziyafətinə, həmçinin İslam dünyasının bu gününə aid hədislər səslənmişdir.
Xatırladaq ki, ramazan ayının əvvəlindən davam edən “Peyğəmbər (s) hədislərinin qiraəti” mərasimləri müsəlmaların mənəvi ruhiyyəsini artırmaq məqsədilə təşkil olunmuşdu. 850409
captcha