İqna Quran Xəbər Agentliyi (İQNA): Lorientlejour xəbər agentliyinin verdiyi məlumata görə, Livan Şiələri Ali Şurasının vitse-prezidenti sentyabrın 2-də xalqa dövləti himayə etmək, milli vəhdəti qorumaq çağırışları edərək deyib: Ayrı-ayrı partiyalar Livan ordusunu öz siyasi məsələlərinə daxil etməməlidirlər. Ordu Livanın milli mənafelərini qorumalıdır. Xalq da ordunun xarici qüvvələrə qarşı müqavimətini dəstəkləməlidir.
O, həmçinin, siyasi partiyalarından bir-biriləri ilə müttəfiq olmağı və problemlərin həll olunması üçün müzakirələrin aparılmasını istəyib.853419