İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-cəzirə xəbər agentliyinin verdiyi məlumata görə, Misirin Xarici İşlər Nazirliyinin qəzavət işləri üzrə müdiri, tanınmış diplomat Mahmud İzzət bu barədə belə deyib: “Camp David” müqaviləsinə Misirin yeni hakimiyyətinin təkidi və Misir-İsrail dialoqu əsasında dəyişiklilər olunur.
O, bildirib ki, müqavilənin bəzi bəndləri, o cümlədən Misir-İsrail sərhədlərində təhlükəsizliyi qoruyan qüvvələrin sayı və səlahiyyətləri barədə olan bəndlər dəyişdiriləcək. Onun dediyinə görə, İsrail dəfələrlə Misir sərhədlərinə təcavüz edərək bu müqavilənin bəndlərindəki razılaşmaları pozub. Halbuki bu illər ərzində Misir tərəfi bu müqaviləyə həmişə sadiq qalıb.
Xatırladaq ki, misirlilərin əksəriyyəti bu müqavilənin ləğv edilməsini tələb edir. 854113