IQNA

Fars dili və ədəbiyyatının onlayn tədrisi

18:29 - September 08, 2011
Xəbər sayı: 2183653
Mədəniyyət və incəsənət şöbəsi: İslami Əlaqələr və Mədəniyyət İdarəsinin təhsil və araşdırmalar üzrə müavini bildirib ki, fars dilinin öyrənilməsinin genişləndirilməsi, bu dilin onlayn şəkildə tədrisi mədəniyyət mərkəzlərinin qarşıda duran fəaliyyətlərindəndir.
İqna Quran Xəbər Agentliyi (İQNA): İslami Əlaqələr və Mədəniyyət İdarəsinin təhsil və araşdırmalar üzrə müavini Muhəmmədrza Dehşiri İQNA-nın müxbiri ilə söhbətində bildirib ki, İran İslam Respublikasının xaricdəki mədəniyyət mərkəzlərinin əsas vəzifələrindən biri fars dili v ədəbiyyatı üzrə ustadların xaricə ezam olunmasıdır.
Türk və portuqal dilinin dünyanın yeddinci rəsmi dili olması uğrunda Türkiyə və Portuqaliyanın səylərini dilə gətirən Dehşiri fars dilinin qədim köklərə əsaslandığını qeyd etməklə bildirib ki, fars dilinin dünyanın yeddinci rəsmi dili olmas üçün mədəniyyət mərkəzləri öz səylərini artırmalıdırlar. O, həmçinin ölkədən kənarda fars dili üzrə olimpiadaların keçirilməsinin zəruriliyindən də söhbət açıb. 856461

captcha