İqna Quran Xəbər Agentliyi (İQNA): Reuters xəbər agentliyindən verilən məlumata görə, kitabxana məsulları bildiriblər ki, ölkədə Hüsnü Mübarəkin süqutu ilə nəticələnən inqilabın, həmçinin bu tarixi hadisədə həlak olan ilk qurbanların video görüntülərini və şəkillərini internet vasitəsilə yayacaqlar.
İSkəndəriyyə kitabxanasının məsullarından olan Mahmud İzzət deyib ki, bu sənədlər hadisələri əks etdirən video və şəkilllərdən, karikaturalar və qəzet arxivlərinin yazılarından, inqilab üçün bəstələnən musiqilərdən, həmçinin çıxışlardan ibarətdir. 100-dən çox video kasset və 4000-dən çox şəkil bütün Misir hadisələrini və yanvar inqilabını insanların gözü önündə canlandıracaq.
Onun dediyinə əsasən, bütün materiallar modernegypt.bibalex.org ünvanına yerləşdiriləcək.856320