İqna Quran Xəbər Agentliyi (İQNA): BƏƏ-nin “Darul Xəlic” qəzetinin yazdığına görə keçmiş Misir diktatoru Mübarəkin məhkəməsi ötən günlərdə yarımçıq qaldığı üçün mühakimənin ardı bu günlərə təyin olunmuşdu.
Qeyd edək ki, diktator Mübarək misirli aksiyaçıları öldürməkdə, İsrailə qaz ixrac etməkdə və maliyyə pozuntularına görə ittiham olunur.
Məhkəmənin ötən iclaslarında şahid qismində iştirak edənlər Hüsnü mübarəklə yanaşı Təhlükəsizlik İdarəsinin keçmiş rəisi Əhməd Rəmzinin də aksiyaçılara hücum edilməsi cinayətində iştirak etdiyini qeyd etmişlər. 856256