IQNA

Hüsnü Mübarəkin mühakiməsində media qadağası

13:00 - September 09, 2011
Xəbər sayı: 2183876
Beynəlxalq şöbə: Misirlilərin böyük bir maraqla izlədiyi Mübarəkin mühakimə prosesi davam etdiyi bir zamanda məhkəmə heyəti mühakiməyə media qadağası tətbiq edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Fəcr xəbər agentliyinin verdiyi məlumata görə, Misirin keçmiş dövlət başçısı Hüsnü Mübarək dünən yenidən hakim qarşısına çıxarıldı. Məhkəmə başçısı Əhməd Rəfət, Mübarək haqqındakı iddianın keçmiş Daxili İşlər naziri Həbib Adilinin iddiasıyla birləşdirilməsinə qərar verib.

Qərarın açıqlanmasının ardından bəzi şikayətçilər və vəkilləri, Mübarəkin oğulları Camal və Əlanın olduğu qəfəsin önünə gedərək şüarlar səsləndiriblər. Məhkəmə heyəti tərəfindən 5 sentyabra təxirə salınan duruşmanın canlı olaraq yayımlanması isə qadağan edildi. Duruşmanın bundan sonrakı mərhələləri bağlı qapılar ardında davam edəcək.

Hüsnü Mübarək vəzifəsindən sui-istifadə və nümayişçilərin üzərinə atəş açılması əmrini verməklə mühakimə olunduğu halda, oğullarına nisbət verilən ittiham yalnız sui-istifadə etməklə məhdudlaşdırılır.

Qeyd edək ki, ötən iclaslarda olduğu kimi Mübarək tərəfdarlarıyla əleyhdarları arasında məhkəmə binası qarşısında yenə də insident yaşanıb. 856982
captcha