İqna Quran Xəbər Agentliyi (İQNA): IINA xəbər agentliyinin verdiyi məlumata görə, bu sərgidə Amerikada İslamın müxtəlif sahələrini, müsəlmanların həyatından bəhs edən səşil və filmlər nümayiş olunur.
Xatırladaq ki, nümayiş olunan sərgi Amerikanın Bombeydəki konsulu Piter Has tərəfindən “Hacı Əli” məscidində təşkil olunub.
Konsul bildirib ki, Amerikada mesəlmanlar İslamın dəyərli mədəniyyət irsini başqa din ardıcıllarında olduğu kimi qoruyub təbliğ edirlər.
Qeyd edək ki, Amerikada yaşayan müsəlmanların həyatına bir pəncərə kimi açılan sərgi sentyabrın 11-ə qədər davam edəcək. 857719