IQNA

Fransada anti-islam aksiyaları ləğv edildi

21:21 - September 11, 2011
Xəbər sayı: 2185285
Beynəlxalq şöbə: Forbax meriyası ifratçı qrupların anti-islam aksiyalarının ləğv edilməsi barədə göstəriş verib.

İqna Quran Xəbər Agentliyi (İQNA): Saphirnews xəbər agentliyinin verdiyi məlumata görə, 11 sentyabr hadisələrinin 10-cu ildönümündə anti islam ifratçı qüvvələrin aksiya keçirmək barədə yaydıqları məlumatdan sonra Forbax meriyası bu aksiyaların ləğv edilməsi barədə göstəriş verib.
Bu barədə verilə bəyanatda deyilir ki, bu cür aksiyaların keçirilməsi şəhərdə hərc-mərcliyin yaranmasına səbəb olduğu üçün təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, ötən günlərdə bəzi fransalı senatorlar hakimiyyətə məktub göndərərək Forbax şəhərində İslam əleyhinə keçirilən nümayişlərə maneə yaratmaq və bu aksiyaların qarşısının alınmasını tələb etmişdilər. Məktubda bu və buna bənzər fəaliyyətlərə icazə verilərək xalq arasında problem və mübahisələrə zəmin yaradılması səbəb gətirilərək ən qısa zamanda bu nümayişlərin ləğvinin lazım olduğu vurğulanmışdı. 857550
captcha