İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm telekanalından verilən məlumata görə, Adəm Ərqiq bu kanala verdiyi müsahibəsində Qəzzafi üçün çıxarılan beynəlxalq həbs əmri və beynəlxalq arenada Qəzzafinin qaça biləcəyi və sığına biləcəyi yerlərin azalması Qəzzafinin diktatorluq dövrünün sona yaxınlaşdığını göstərdiyini deyib.
Ərqiq bildirib ki, Liviya xalqına qarşı edilən cinayətlərin dünyada yayılması, Qəzzafi ilə İngiltərə və Amerika gizli xidmətləri arasında əlaqələrin ortaya çıxmasının ardından heç bir ölkə Qəzzafi kimi birini qəbul etməz.
O, həmçinin bəyan edib ki, Liviya Milli Keçid Şurasının Afrika ölkələriylə əlaqələri inkişaf etdirmək zərurəti vardır. Onun sözlərinə görə, Amerika ilə əlaqələrin gələcəkdə hansı müstəvidə olacağı hələ məlum deyil. 858303