İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Aləm telekanalından verilən məlumata görə, İtaliyanın baş naziri mənfur Liviya diktatorunu təriflədiyi halda, digər tərəfdən özü və dostları Avropa İttifaqında milli hüquqları və demokratiyanı himayə etdiklərini iddia edirlər.
Onun sözlərinə görə, Qəzzafinin süqutu xalq kütlələrinin qiyamından irəli gəlmir, burada bəzi fərdlərin təhriki və hiylələri rol oynayır. Roma şəhərində baş nazirin partiyasının gənclər təşkilatının “Azad Millət” adlı yığıncağında çıxış edərkən bəzi qüvvələrin Qəzzafinin şərrindən qurtulmaq istədiklərini bildirib.
Xatırladaq ki, Berluskoni Liviya diktatoru ilə münasibətlərini hətta ölkədəki inqilab şölələri artdıqdan sonra da qoruyub saxlamışdır. 858208