IQNA

Sionist rejimlə münasibət qurmaq utandırıcıdır

16:18 - September 12, 2011
Xəbər sayı: 2185995
Beynəlxalq şöbə: Misirin 6 aprel inqilabı hərəkatının üzvlərindən biri Qahirənin sionist rejimlə siyasi və diplomatik əlaqələrini davam etdirməsini utandırıcı adlandırıb.

İqna Quran Xəbər Agentliyi (İQNA): Əl-Ərəbiyyə telekanalından verilən məlumata görə, Misirin 6 aprel inqilabı hərəkatı üzvlərindən biri Tariq Xuli sionist rejim səfirliyinin ölkədən çıxarılmasından sonra rəsmi Qahirənin bu rejimlə münasibətlərini qoruyub saxlamasının qeyri-münasib və utandırıcı olduğunu deyib.


İnqilabın qələbəsi ilə sionist rejim qarşısında Misir siyasətinin dəyişəcəyi gözlənilirdi, lakin siyasət kursu Hüsnü Mübarəkin dövründə olduğu kimi davam edir. Bu münasibətlərin Misir xalqının tələbləri ilə heç bir uyğunluğu yoxdur. İsrail səfirliyinin xalqın təzyiqi ilə ölkədən uzaqlaşdırılması təbii və gözlənilən bir proses kimi qiymətləndirilməlidir. 858286


captcha