İqna Quran Xəbər Agentliyi (İQNA): Saphirnews xəbər agentliyinin verdiyi məlumata görə, Fransada Krey məscidinin yanındakı 500 m2 sahədə tikilən məktəb bu təhsil ilində şagird qəbul etməyə başlayacaq.
Digər islam məktəblərində olduğu kimi Qəzali məktəbində də Fransa Təhsil Nazirliyinin nəzərdə tutduğu dərslərlə yanaşı şagirdlərə ingiliscə və ərəbcə Qurani-Kərimin oxunuşu və hifz dərsləri, eləcə də islam fiqhi dərsləri veriləcək.
Fransa hökuməti tərəfindən rəsmən təsdiq edilən bu təhsil mərkəzinin inşası Müsəlman Mədəni və Dini Birliyi, Ois bölgəsinin İslam Mədəni və Dini dərnəyi tərəfindən 5 il boyunca yığılan 450.000 avro vəsait ilə reallaşmışdır. Bölgədə ilk olan Qəzali məktəbinə yaşı 6-10 arasında olan qız və oğlanlar təhsil üçün müraciət edə biləcək. 862063