IQNA

Ərəb ölkələrindəki inqilab dalğaları böyük İslam mədəniyyətinə qayıdışa müjdə verir

13:32 - September 18, 2011
Xəbər sayı: 2189238
Beynəlxalq şöbə: Ərəb ölkələrindəki inqilab dalğaları müsəlmanlar arasında İslami oyanışa və böyük İslam mədəniyyətinə qayıdışa müjdə verir. Ümid edirik ki, bu oyanış İslam dünyasına yeni hökumət modelinin təqdim olunmasına səbəb olacaq.
İqna Quran Xəbər Agentliyi (İQNA): İ.İ.R-nın Yunanıstandakı Mədəniyyət Mərkəzinin rəhbəri Muhəmmədrza Pakrəvan İQNA-nın müxbiri ilə söhbətində son zamanlarda bəzi müsəlman ölkələrində diktatorların xalqın əli ilə aradan getməsinə işarə edərək deyib ki, bu ölkələrdə yeni quruluşların yaranması hər şeydən öncə İran İslam İnqilabından təsirlənir.
O, həmçinin bildirib ki, ərəb ölkələrindəki inqilab dalğaları müsəlmanlar arasında İslami oyanışa və böyük İslam mədəniyyətinə qayıdışa müjdə verir. Bu oyanışın İslam dünyasına yeni hökumət modelinin təqdim olunmasına səbəb olacağını qeyd edən Pakrəvan həm də bunları açıqlayıb: Azadlıq istəyi insanın fitri xüsusiyyətlərindəndir. Azadlıq hərəkatları baş qaldıran ölkələrin insanları diktaturadan xilas olmağı, ölkənin talan edilmiş sərvət və mənafelərini geri qaytarıb onları təmin edə biləcək hökumətin yaradılmasını istəyirlər. 861996
captcha