IQNA

16:04 - September 21, 2011
Xəbər sayı: 2191558
Beynəlxalq şöbə: Bəhreynin müstəqil araşdırma komitəsi sentyabrın 18-də Bəhreyndə dağıdılan 38 məscid, hüseyniyyə və ibadet evlərinin araşdırmasına başlayıb.
İqna Quran Xəbər Agentliyi (İQNA): Bəhreyndə nəşr edilən “Vəsət” qəzetinin yazdığına görə, Bəhreyn Həqiqətləri Araşdırma Komitəsi 38 şiə məscid, hüseyniyyə və vəqf binasının Ali Xəlifə rejimi tərəfindən dağıdıldığını isbat etmək məqsədilə araşdırma işlərinə başlayıb.
Bu komitəyə üzv oaln bir neçə araşdırmaçı 10 məsciddə araşdırma apararaq Ali Xəlifə rejiminin cinayətlərinə yaxından şahidlik etmişlər. Aparılan araşdırmada məscidlərin dağıdılma nisbəti xüsusi formalara yazılmaqla hansı məscidin nə qədər dağıdılması təyin olunur. 863758
Ad:
E-poçt:
* Comment:
* captcha: