İqna Quran Xəbər Agentliyi (İQNA): “Bəyan” qəzetinin verdiyi məlumata görə, Nyu Yorkda bir araya gələn İslam Konfransı təşkilatının İdarə Heyəti üzvləri Qəzzə mühasirəsinin durdurulması üçün beynəlxalq hüququn mövqeyi barədə görüş keçirmək və Qəzzə mühasirəsinin dərhal aradan qaldırılması mövzusunun əhəmiyyətini vurğulayıblar.
Bölgədəki İslam Konfransı təşkilatına üzv ölkələrdə meydana gələn dəyişiklik və inkişaflar qurumun araşdırdığı mövzular arasındadır. Bundan başqa Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzv olması mövzusunda fikir mübadiləsi aparılıb. Qurum üzvləri Fələstin xalqının ümumi haqqları və istəklərinin tam olaraq yerinə yetirilməsi və qorunması mövzusunun mühüm olduğunu da qeyd ediblər.
İslam Konfransı Təşkilatının İdarə heyəti üzvləri yığıncağın sonunda Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzv olması və Fələstin xalqının haqqlarının qəti surətdə qorunması mövzusunda vahid baxışda olduqlarını bildiriblər. 865341