İran Quran Xəbər Agentliyi (İQNA): Küveytin “Əl-qəbəs” qəzetinin məlumatına əsasən, Səudiyyə Ərəbistanının rəhbər şeyxlərindən olan Əbdülrəhman Əl-Bərak öz saytında qadınların seçkilərdə iştirak etməsinin haram olduğunu bildirərək dedi: Bu əmr kafirlərin bizim müsəlman cəmiyyətinə və mədəniyyətimizə daxil etdiyi ən pis addımdır.
Əl-Bərak dedi: Seçkilər fasid bir sistemdir, ağıl və şəriət baxımından heç bir əsası yoxdur və islam düşmənləri tərəfindən islam torpaqlarının işğalından sonra müsəlman cəmiyyətində yayılan bir küfrdür.
Tədqiqatçıların fikrincə, Səudiyyə Ərəbistanı padşahı bu addımı son dövrlərdə Ərəbistanda başlanmış etirazların qarşısını almaq məqsədilə atıb. 877810